Accessibility links

Avropa İttifaqı miqrant böhranının həlli üçün üzv ölkələrə maliyyə yardımı təklifi ilə çıxış edib


Avropa İttifaqı Yunanıstan və miqrant böhranı ilə üzləşən digər üzv ölkələrə yardım etmək məqsədilə 760 milyon dollar dəyərində fövqəladə yardım paketinin ayrılması təklifi irəli sürüb.

Çərşənbə günü Humanitar Yardım və Böhranın İdarə Olunması üzrə Avropa komissarı Kristos Staylianayds 325 milyon dollar vəsaitin dərhal, maliyyənin qalan hissəsinin isə gələn iki il ərzində istifadəyə veriləcəyini deyib.

“Beləliklə komissarlıq gələn üç il ərzində 700 milyon dollar dəyərində yardım göstərəcək. Bu il biz Avropa Parlamenti və Avropa Şurasına əvvəlcədən təyin olunmuş büdcə təqdim edəcəyik. İlk öncə 300 milyon, daha sonrakı iki il ərzində isə hər il 200 milyon dollar ayrılacaq. Yardım məqsədilə vəsaitdən dərhal istifadə oluna biləcək.”

Staylianayds deyib ki, bu yardım paketi “qaynar nöqtələr” üçün ayrılan vəsaitə və ölkələrə miqrantların ethiyaclarını ödəməyə yardım etməyə yönəlmiş proqramlara əlavədir.

“Bu vəsait Yunanıstandakı qaçqınları fövqəladə yardım ilə təmin edəcək. Bu, Avropa İttifaqının ölkələrdə qaçqınların yerləşdirilməsi, sosial təminat, bərpa işlərinə yardım məqsədilə ayırdığı vasitə əlavə olaraq nəzərdə tutulur.”

Irəli sürülən bu təklif Avropa Parlamenti və üzv ölkələr tərəfindən təsdiq olunmalıdır.

Avropa İttifaqı həmçinin Türkiyədən gələn gündəlik miqrant axınını min nəfərə qədər azaltmaq istəyir.

Kristos Staylianayds
Kristos Staylianayds

Avropa Şurasının prezidenti Donald Task çərşənbə günü Ankaraya səfər etmədən öncə Türkiyənin noyabr ayında Avropa İttifaqı ilə əldə etdiyi razılığa əsasən üzərinə daha böyük öhdəlik götürməsinə təkid edəcəyini deyib.

Task qaçqınların əsas çıxış nöqtəsi olan Balkan ölkələri və Türkiyəni ziyarət edir.

Bu arada, Türkiyə 14 ölkə ilə readmissiya haqda saziş imzalamağı təklif edib. Xarici işlər nazirliyinin sözçüsünün bildirdiyinə görə, bu razılıq Ankaraya Avropa İttifaqının rədd etdiyi qaçqınları tez bir zamanda geri qəbul etməsinə imkan yaradacaq.

Avropa İttifaqı və Türkiyə arasında miqrant böhranının müzakirə olunmasını nəzərdə tutan mühüm zirvə görüşü martın 7-ə təyin edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG