Avropa İttifaqı Aralıq Dənizi vasitəsi ilə Avropaya miqrantları daşıyan insan alverçilərinə qarşı dəniz əməliyyatına start verib.
Avropa İttifaqının xarici siyasət üzrə sədri Federika Moqerini jurnalistlərə bildirib ki, əldə olunan razılıq missiyanın dəstəklənməsinə kömək edəcək.
O deyib ki, missiya ilk öncə insan alverçilərinin şəbəkəsini müəyyən edib onları nəzarətdə saxlamaq üçün beybəxalq sularda məlumat toplayacaq. Xanım Moqerini bildirib ki, hədəf keçən il 2000-dən çox miqrantın ölümündə günahkar bilinən insan alverçilərinin qarşısını almaqdır.
Avropalı rəsmiləri öz ölkəsindəki müharibələr, yoxsulluq və siyasi təzyiqlərdən Yunanıstan və İtaliyaya qaçan yüz mindən çox miqrantın öhdəsindən necə gələcəkləri üzərində işləyirlər.
Avropa İttifaqı əməliyyatlarını miqrantların daşındığı əsas ölkələrdən olan Liviyayadək genişləndirmək niyyətindədirlər. Ancaq bunun üçün Liviya hökumətinin və BMT Təhlükəsizlik Şurasının razılığı zəruridir.