Avropa İttifaqı Ukrayna prezidenti Viktor Yanukoviçlə bu həftəyə nəzərdə tutulmuş görüşü təxirə salıb. Təxirə salınmaya səbəb sabiq baş nazir Yuliya Timoşenkonun məhkəmə prosedurunda standartların gözləntilərə uyğun gəlməməsidir. Avropa İttifaqının xarici siyasət rəhbəri Katrin Aşton bu gün bildirib ki, görüş vəziyyət ikitərəfli münasibətlər üçün müvafiq olana qədər təxirə salınıb. Cənab Yanukoviç cümə axşamı Avropa komissiyasının prezidenti Hose Manuel Barroso və Avropa Şurasının prezidenti Herman Van Rompuyla görüşmək üçün Brüsselə səfər etməli idi.