Accessibility links

Avropa Məhkəməsi Hilal Məmmədov və Naxçıvanlı iş adamlarının işi üzrə kommunikasiyaya başlayıb


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi "Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə noyabrın 19-da, Naxçıvandan olan iş adamları Məmməd Qurbanov və Nadir Məmmədovun işi üzrə isə noyabrın 4-də kommunikasiyaya başlayıb. Bu barədə Amerikanın Səsinə vəkil Xalid Bağırov bildirib

Onun sözlərinə görə hər iki iş üzrə Avropa Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (pis rəftara məruz qalmama) və 5-ci (azadlıq hüququ) maddələrinin pozulması hallarıilə bağlı şikayət verilib.

"Tolışi sədo" qəzetinin redaktoru Hilal Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.

“Amnesty İnternational” Hilal Məmmədovu “vicdan məhbusu” elan edib.

Məhəmməd Qurbanov 2012-ci il noyabrın 8-də Türkiyədən ərzaq məhsulları gətirərkən Sədərək gömrükçüləri həmin malı buraxmayıb. Bundan sonra iş adamı və onun kürəkəni Nadir Məmmədov ilə gömrük işçiləri arasında insident yaranıb.

Hər iki iş adamının vəkilləri onların ağır işgəncələrə məruz qaldığını bildirib.

Naxçıvan MR Prokurorluğu isə Nadir Məmmədovun gömrük işçilərinə qarşı zor tətbiq etdiyi barədə məlumat yayıb. Öz növbəsində iş adamı və onun ailəsiüzvləri həbsi siyasi hesab edib.

Hakimiyyət nümayəndəsinə müqavimət və zor göstərməkdə təqsirli bilinən Məhəmməd Qurbanovla Nadir Məmmədov 2013-cü il fevralın 13-də Sədərək rayon Məhkəməsinin hökmü ilə 4-5 azadlıqdan məhrum edilib.

Naxçıvan Apelyasiya Məhkəməsi 2013-cü il aprelin 26-da Məmməd Qurbanovu 2 il, Nadir Məmmədovu isə 3 il sınaq müddətinə şərti azadlığa buraxılıb.

XS
SM
MD
LG