Accessibility links

Avropada beş ölkə miqrantları qəbul etməyə razılaşıb


İtaliya baş naziri Cuzeppe Konte bazar günü bildirib ki, beş Avropa ölkəsi Siciliya sahili yaxınlığında iki hərbi gəmidə ilişib qalan təxminən 450 miqrantın bir hissəsini qəbul etməyə razılıq verib.

Şimali Afrikadan gələn taxta qayıqdan xilas edilən əsasən qadın və uşaqlardan ibarət təxminən 60 miqranta bazar Siciliyanın Pozzallo limanında sahilə enməyə icazə verilib.

Pozzaloda çıxış edən “Save the Children” təşkilatının sözçüsü Ciovanna di Benedetto rəsmiləri digər miqrantların da gəmidən enməsinə icazə verməyə çağırıb.

Matteo Salvini
Matteo Salvini

“Biz başda uşaqlar və daha zəif insanlar olmaqla, gəmidə olan hər kəsin dərhal sahilə endirilməsinə və lazım olan yardımla təmin olunmasına çağırırıq”- deyə, o bildirib.

Bazar günü Almaniya, İspaniya və Portuqaliya hər biri 50 miqrantı qəbul etməyə razılaşıb. Bundan bir gün öncə, şənbə isə Fransa və Malta 50 miqrantı qəbul edib.

Lakin Çex Respublikası bu çağırışa qəti etiraz edib və miqrantların bölüşdürülmə planını “cəhənnəmə aparan yol” adlandırıb.

İtaliyanın mühafizəkar daxili işlər naziri Matteo Salvini Avropa İttifaqının sərhəd agentliyi Frontex və İtaliya sərhəd polisinə aid iki gəminin Maltaya və ya onun sözlərinə görə, “ən yaxşısı” miqratların gəldiyi Liviyaya geri göndərilməli olduğunu deyəndən sonra gəmilər İtaliya sularında ilişib qalıb.

Digər Avropa İttifaqı ölkələri də miqrantların bir hissəsini qəbul etməyənədək, ölkəyə heç bir miqrantın daxil olmasına icazə verməyəcəyinə söz verən Salvini bazar günü müxbirlərə deyib ki, məqsəd iki gəmidə xilas edilən 450 sərnişini “qardaşcasına bölüşdürmək” idi.

Bu il İtaliyaya gələn miqrantların sayı 2017-ci illə müqayisədə 80 faiz daha azdır. Salvini müharibə qaçqınları və bir neçə digər istisnalar olmaqla, ölkəyə gələn bütün miqranların qarşısını alacağına söz verib.

XS
SM
MD
LG