Accessibility links

Avropada raketdən müdafiə sistemi uğurla sınaqdan çıxarılıb


NATO-nun Ba. Katibi Anders Foq Rasmusen alyansın Avropada raketdən müdafiə sistemini uğurla sınaqdan çıxardığını deyib. Wall Street Journal-ın rəy bölümündə Rasmussen deyib ki, NATO balistik raketlər əleyhinə sistemin uğurla sınaqdan çıxdığını bu ayın sonu konfransda elan edəcək.

O, sistemin məhdudiyyətlərlə üzləşdiyinə baxmayaraq bu inkişafın Avropada NATO-ya daxil ölkələrin hər birinin ərazisini əhatə edəcək ilk əsl addım olduğunu bildirib. Rasmussen ballistik raketlərdən gələn təhlükədən söhbət açaraq bildirib ki, 30-dan çox ölkə bu texnologiyaya malikdir.

Rasmussen deyib ki, NATO-nun problemi diplomatik yolla həll etməsinə üstünlük verməsinə baxmayaraq aliyans bu səyləri rədd edən təcavüzkarlara cavab vermək üçün hazır olmalıdır. Kreml rəsmiləri Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsinə etiraz edərək sistemin Rusiya üçün təhlükə yaratdığını deyir.

XS
SM
MD
LG