Accessibility links

Almaniya və Fransa İran nüvə razılaşmasının saxlanılmasına nail olmağa çalışır [Video]


Almaniya və Fransa İran nüvə razılaşmasının saxlanılmasına nail olmağa çalışır
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Almaniya və Fransa İran nüvə razılaşmasının saxlanılmasına nail olmağa çalışır

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun şərəfinə Ağ Evdə ilk rəsmi təntənəli qəbul mərasimi təşkil edib. Kağız üzərində onların siyasi proqramları fərqli olsa da, şəxsi münasibətləri getdikcə mehribanlaşmaqdadır.

“Son bir il ərzində inkişaf etdirdiyimiz gözəl dostluq münasibəti iki milləti birləşdirən dostluğun sübutudur." - deyə, Donald Tramp bildirib.

“ABŞ və Fransa birlikdə terrorizmə qalib gələcək. Biz birlikdə Şimali Koreya və İranın sahib olduğu kütləvi qırğın silahlarının məhdudlaşdırılmasına nail olacağıq." - Emmanuel Makron qeyd edib.

Suriya rejiminin kimyəvi silah istifadə etməsindən sonra Suriyadakı hədəflərə birgə hava hücumlarının artırılması məsələsi danışıqların ən əsas mövzusu olub.

Almaniya bu hücumlarda iştirak etməmişdi. Ancaq Angela Merkelin Vaşinqtona səfəri zamanı ölkəsinin ABŞ-ın təhlükəsizlik üzrə müttəfiqi kimi rolunu vurğulayacağı gözlənilir.

“Trampa görüşü zamanı Merkelin bildirəcəyi ən böyük arqumentlərdən biri Suriya münaqişəsi zamanı Almaniyanın qəbul etdiyi qaçqınlar və Əfqanıstan və Maliyə edilən humanitar yardımlar məsələsi olacaq." - deyə, Avropa İslahat mərkəzinin nümayəndəsi Sofiya Besş bildirib.

Suriyadan fərqli olaraq İranla bağlı məsələdə fikir ayrılıqları mövcuddur. Prezident Tramp 2015-ci ildə əldə olunan nüvə razılaşmasını ləğv edərək rəsmi Tehrana qarşı sanksiyaları bərpa edib-etməyəcəyinə mayın 12-sinə qədər qərar verməlidir. Fransa və Almaniya isə ABŞ-ın sövdələşməyə sadiq qalmasının tərəfdarıdır.

“Almaniya razılaşmanın davam etməsi üçün danışıqları yaxından izləyəcək. Ancaq bu da bütün problemləri həll etmir. Biz İranın nüvə ballistik proqramından çox narahatıq. Buna görə bu məsələdə necə inkişafa nail olacağımızla bağlı Britaniya, Fransa və ABŞla danışıqlar aparırıq." - deyə, Angela Merkel qeyd edib.

Təhlilçilər isə deyirlər ki, kansler Merkel üçün Trampın fikrini dəyişmək çox çətin olacaq.

“Tramp razılaşmanı ləğv etməkdə israrlıdır. Məncə avropalılar ABŞ-ın sövdələşmədən çıxdıqdan sonra nə edəcəkləri ilə bağlı plan qurmalıdırlar. Onlar İranla münasibəti sabit vəziyyətdə saxlamaq üçün özləri çalışmalı olacaqlar." - deyə, Sofia Besş əlavə edib.

Avropa ABŞ-ın polad və almünium idxalı üzrə tətbiq etdiyi tariflərdən gələn həftəyə qədər azaddır. Merkel görüşdə bu istisnanın daimi olmasına çalışacaq. Siyasi momentum Avropanın xeyirinə ola bilər.

Bu həftə ticarətlə bağlı fərqli fikirlər ortaya çıxıb. Belə ki, Prezident Trampın Şimali Amerika Ticarət Sazişi çərçivəsində ABŞ-ın ticarət əlaqələrini yenidən müzakirə etməyə çalışdığı bir vaxt Avropa ilə Meksika arasında sərbəst ticarət razılaşması əldə oluna bilib.

XS
SM
MD
LG