Accessibility links

Avropol terrorizmlə bağlı yeni hesabatını açıqlayıb


Avropol terrorizmlə bağlı yeni hesabatını açıqlayıb
Avropol terrorizmlə bağlı yeni hesabatını açıqlayıb

Avropolun açıqladığı hesabatda 2009-cu ildə planlaşdırılan hücumların 300-nün qarşısı alınmışdır

Avropol polis qərargahının hesabatında bildirilir ki, keçən il dünya boyu həyata keçirilən terror hücumlarının üçdə biri Britaniya da daxil edilməklə, Avropa Birliyinə daxil olan ölkələrin payına düşür. Avropolun açıqladığı hesabatda 2009-cu ildə planlaşdırılan hücumların 300-nün qarşısı alınmış və bu 2007-ci illə müqayisədə 50 faiz azdır. Keçən il altı ölkədə - Avstriya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya və İspaniyada hücumlar həyata keçirilmişdi. Agentlik irimiqyaslı - İtaliyada hərbi obyektə edilən hücumu da qeyd edərək, İslamçıların həyata keçirdiyi terror hücumlarının hələ də iri dövlətləri hədəf aldığını deyir. Avropol keçən il çoxu terror təşkilatlarının üzvü olduqları deyilən və terror hücumlarında əli olmaqda şübhələnilən 587 nəfərin həbs edildiyini bildirir.

XS
SM
MD
LG