Accessibility links

Avstraliyada yanğından əziyyət çəkən heyvanlara yem paylanır


Avstraliyanın vəhşi təbiət rəsmiləri yanğın ərazisində sağ qalmaları üçün Yeni Cənubi Velsdə meşə heyvanlarını yemləməyə başlayıb.

Yeni Cənubi Vels rəsmiləri yanğınlardan əziyyət çəkən bir neçə milli parkın ərazisinə iki tondan çox şirin kartof və yerkökü atıb.

Yem koalalar və qotazquyruq dağ vallabisi kimi nəsli kəsilməkdə olan heyvanlar üçün nəzərdə tutulub. Ümumiyyətlə, onlar yanğından canını qurtaran, lakin yedikləri bitkiləri tapa bilmədikdən sonra yemsiz qalmışdılar.

"Vallabilər davam edən quraqlıqdan əziyyət çəkdiyi üçün artıq stres altında qalmışdılar və köməksizlik onlar üçün çox çətin olardı" - deyə, Yeni Cənubi Vels Ətraf Mühit Naziri Mat Kin mediaya açıqlamasında bildirib.

Reuters-in yaydığı videolarda vertolyotların qutularla kolluqlar və kanyonlardan yemək atdığı görünür. Vallabilərin atılan yemləri yediyi bildirilir.

Avstraliyada yanğınlar təxminən üç aydır ki, davam edir. Yanğınlar 28 nəfərin ölümünə səbəb olub, 2 min ev yanıb, milyonlarla hektar torpaq və heyvan məhv olub.

Sidney Universitetinin ekoloqu, professor Kris Dikman yanğınların ən çox ziyan vurduğu Yeni Cənubi Velsdə (NSW) təxminən 5 milyon hektar ərazinin yandığını, 800 milyondan çox heyvanın zərər gördüyünü və ya tələf olduğunu bildirib.

XS
SM
MD
LG