Accessibility links

“Əl-Cəzirə” jurnalisti Avstraliyaya deportasiya edilib


Misir “Əl-Cəzirə” jurnalistini vətəni Avstraliyaya deportasiya edib.

Deportasiya haqda sərəncam prezident Əbdel Fəttah Əl-Sisi tərəfindən imzalandıqdan sonra Müsəlman Qardaşlarına yardım ittihamı ilə həbsdə olan Peter Qresti Qahirəni tərk edib.

400 gün həbsdə olan jurnalist keçən il 7 il müddətinə terrorçuluq ittihamı ilə azadlıqda məhrum edilmişdi.

Misir əsilli kanadalı jurnalist Məhəmməd Fəhminin də bir neçə gündən sonra Kanadaya deportasiya eilədəcəyi gözlənilir. O, 2013-cü ilin dekabr ayında həbs edilərək, 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Misirli Məhəmməd Baherin taleyi bəlli deyil. O, 10 il müddətinə həbs cəzasına məhkum edilib.

"Əl-Cəzirə" jurnalistin azad edilməsini alqışlayıb, Misirdən daha iki jurnalistinin sərbəst buraxılmasını istəyib.

XS
SM
MD
LG