Accessibility links

Sidney çimərlikləri bağlanıb


Havanın çox isti keçməsi səbəbindən minlərlə insanın sahillərə üz tutması ilə COVID-19 məhdudiyyətləri Avstraliyanı ən böyük şəhəri yaxınlığındakı çimərliklərin bağlamağa məcbur edib. Sahildə isitrahət etməyi sevənlərə Sidneyin məşhur Bondi çimərliyindən uzaq durmaları barədə xəbərdarlıq edilib.

Sahildə dincəlmək avstraliyalılar üçün tipik haldır. Lakin isti hava ölkənin koronavirusu sahillərdən uzaq saxlamaq səylərini çətinləşdirir. Hazırda çimərliklərdə insan sayına məhdudiyyət tətbiq edilib. İki çimərlik bağlanıb.

Üzgüçülərə də Sidneyin minlərlə insanın axın etdiyi məşhur Bondi və Kuci çimərliklərindən uzaq durmaq tələb olunub.

COVID-19 marşalları və polis insanların sosial məsafəni saxlamalarına nəzarət edir. Rəsmilər ictimaiyyətin buna münasibətinin normal olduğunu deyir.

Pandemiya başlayandan bəri Avstraliyada COVID-19-a təxminən 27 minyon yoluxma, 900 ölüm halının qeydə alındığı bildirilib. Əksər ştatlar və regionlarda koronavirusun qarşısını almağa müvəffəq olunub.

Qrinsland son bir gün ərzində yeni yoluxma halının qeydə alınmadığını bildirib. Baş nazir Anastasiya Palaşuk ictimaiyyətin gigiyenaya və sosial məsafə barədəki tövsiyələrə riayət etdiklərini deyib.

Şərhlərə bax

XS
SM
MD
LG