Accessibility links

Avstraliya səhiyyə rəsmiləri COVID-19 epidemiyasının səngidiyinə ümid edir


Avstraliyanın səhiyyə rəsmiləri göstərilən səylərin COVID-19-un yayılmasının qarşısının alınmasına yardım etdiyinə dair daha çox dəlilin olduğunu bildirib.

Rəsmilər İtaliya və ABŞ kimi ölkələrdən fərqli olaraq koronavirusun qarşısını ala biləcəklərinə ümid bəsləsələr də, amma buna əmin olmağın hələ çox tez olduğunu deyirlər. Avstraliyada 5.600-dən çox təsdiqlənmiş koronavirusa yoluxma, əsasən yaşlılar arasında 34 ölüm halı qeydə alınıb.

Həftə sonu yeni yoluxma hallarının sayı üç faiz azaldığına görə, səhiyyə rəsmiləri Avstraliyanın COVID-19 virusunun "əyrisini" düzəldə biləcəyinə çox ehtiyatla ümid edirlər.

Ölkədə demək olar ki, 300.000 coronavirus testi keçirilib. Ciddi sosial izolyasiya tədbirləri də tətbiq edilib. Avstraliyalılara heç bir səbəb olmadan evlərini tərk etmələrinə və ya iki nəfərdən çox qrup halında toplaşmalarına icazə verilmir. Polis qaydaları pozanları cərimə edir.

Pandemiyanın yayılmasının qarşısını almaq üçün kafe, bar, kinoteatr və bir çox çimərliklər bağlanıb. Avstraliya beynəlxalq sərhədlərini bağlayıb və Qərbi Avstraliya və Tasmaniya da daxil olmaqla, bəzi ştatlar özlərini tamamilə təcrid edib.

XS
SM
MD
LG