Avstraliya rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, ölkənin şərq sahillərində yağan aramsız yağışlar nəticəsində Sidneyin qərbindəki bir neçə bölgədə yarım əsrdə ən güclü daşqınlara görə daha çox insan evakuasiya oluna bilər.
Son üç gündə Yeni Cənubi Uelsdə (NSW) ekstremal hava şəraitinin növbəti 24 saat ərzində Qərbi Avstraliyanın şimalı və şərq sahilində daha da güclənəcəyi gözlənir.
"Təəssüf ki, gecə hava şəraiti pisləşib və havanın gün ərzində daha da pisləşəcəyi ehtimalı var, çünki bir çox yaşayış məntəqəsində şiddətli yağışlar yağacaq" - deyə, Yeni Cənubi Uelsin Baş Naziri Qladis Berejiklian jurnalistlərə bildirib.
O, bazar ertəsi artıq 18 min insanın təhlükəsiz yerlərə köçürülməsindən sonra daha 15 min sakinin evakuasiyasına ehtiyac ola biləcəyini deyib.
Ştat rəsmilərinin çərşənbə axşamı bildirdiyinə görə, son 24 saat ərzində qeydə alınan 38 fəlakət zonasında sürətlə hərəkət edən sular çay sahillərini aşaraq, evləri, təsərrüfatları və körpülərı dağıdıb.
Çərşənbə günündən etibarən havanın yumşalmağa başlayacağı ehtimalı olsa da, rəsmilər aramsız yağan yağışların çay hövzəsindəki ərazilərə daha çox su gətirdiyi üçün sakinlərin dərhal evlərinə qayıda bilməyəcəkləri barədə xəbərdarlıq edib.
Sinoptiklərin bildirdiyinə görə, ekstremal hava şəraiti Qərbi Avstraliyadan başqa ölkənin bütün ştat və regionlarında təxminən 10 milyon insanı təsirinə məruz qoyacaq.