Accessibility links

Avstriya yenidən COVİD-19 məhdudiyyətlərinə qayıdıb


Son aylarda ilk dəfə, Milad bayramı ərəfəsində yenidən COVID-19 məhdudiyyətlərinə qayıdaraq, mağazalarını, restoranlarını və bayram bazarlarını bağlayıb.

Bu qərar güclü reaksiyalara və on minlərlə insanın küçələrə çıxmasına səbəb olub. Bəziləri hökuməti Avropanı bürüyən son koronavirus dalğasının qarşısını almaq üçün kifayət qədər iş görməməkdə günahlandırıb.

Bazar ertəsindən etibarən 8.9 milyon əhalisi olan Avstriya sakinlərinə işə getmək, zəruri əşyalar almaq və idmandan başqa evdən çıxmağa icazə verilmir.

Bu Alp ölkəsi də fevralın 1-dən etibarən Avropada yeganə olaraq geniş peyvənd mandatı tətbiq edən Vatikana qoşulacaq.

COVID-19-un ilk dəfə ortaya çıxmasından təxminən iki il sonra yenidən canlanan pandemiya ilə mübarizə aparan qitənin bir neçə ölkəsi peyvənd olunmamış insanların restoran və bar kimi yerlərə getmələrinə qadağa tətbiq edir.

Lakin peyvəndlər artdıqdan sonra bu Avropa İttifaqı ölkəsi yenidən ümummilli karantın vəziyyətinə düşməyib. Avstriya sərt virus məhdudiyyətlərinin keçmişdə qalacağını vəd edib.

Yayda ölkənin sabiq kansleri Sebastian Kurz pandemiyanın "bitdiyini" elan etmişdi. Lakin peyvənd nisbətləri, rekord yoluxma və ölüm halları hökuməti bu kimi cəsarətli iddialardan geri çəkilməyə məcbur edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG