Accessibility links

Avstriyada 7 məscid qapadılır, xaricdən maliyyələşən mollalar deportasiya olunur


Avstriya hökuməti yeddi məscidi qapatmağı və onlarla mollanı ölkədən deportasiya etməyi planlaşdırır. Rəsmilərin “başlanğıc” adlandırdıqları bu addımı radikal İslamın ölkədə yayılmasının qarşısını almağa yönəlik strategiyanın tərkib hissəsi kimi dəyərləndirir.

Avropada miqrasiya böhranının ardınca formalaşmış mühafizəkar və ultra-sağçı qüvvələrdən ibarət koalisiya hökuməti yeni mühacir və qaçqınların ölkəyə axınının qarşısını alacağını vəd etmişdi.

Siyasi İslamın parallel cəmiyyətlərinə və radikallaşdırıcı tendensiyalarına bu ölkədə yer yoxdur.

2015-ci ildə qəbul edilmiş “İslam barədə qanun” xaricdən maliyyələşən dini qurumların ləğvini nəzərdə tutur. Həmin qanun müsəlman təşkilatlardan Avstriya dövlət və cəmiyyətinə “fundamental şəkildə müsbət baxış” tələb edir.

“Siyasi İslamın parallel cəmiyyətlərinə və radikallaşdırıcı tendensiyalarına bu ölkədə yer yoxdur”- deyə, Kansler Sebastian Kurz bəyan edib. Dövlət başçısı olmazdan öncə Kurz inteqrasiya məsələri üzrə nazir vəzifəsində çalışıb.

Avstriya Kansleri Sebastian Kurz
Avstriya Kansleri Sebastian Kurz

Kurzla yanaşı dayanmış Vitse-Kansler Heinz-Kristian Straşe “bu, yalnız başlanğıcdır”- deyə, mətbuat konfransında elan edib.

8.8 milyon əhalisi olan Avstriyada 600,000 müsəlmanın olduğu təxmin edilir. Onların çoxu türk mənşəlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü yeni siyasəti İslamofobiyanın təzahürü adlandıraraq, Avstriyada irqçilik və ayrı-seçkiliyin vüsət aldığını qeyd edib,

XS
SM
MD
LG