Accessibility links

Avtomobillərə 15 təhlükəsizlik standartı əlavə edilir


ABŞ-ın Nəqliyyat Nazirliyi avtomobillərin dizaynına 15 təhlükəsizlik standartının əlavə edildiyini bəyan edib.

Avtomobillər texniki nasazlıqlar, informasiya bazası, məlumat mübadiləsi və hakerlərdən şəxsi məlumat və təhlükəsizlik ölçülərinin gizli saxlanması kimi yeni detallara malik olacaq.

Ənənəvi maşın istehsalçıları və texniki şirkətlər artıq bir neçə ildir ki, sürücüsüz avtomobilləri sınaqdan keçirir. Sınaqlar hazırda hər ehtimala qarşı sürücülərin iştirakı ilə həyata keçirilir.

Əldə edilən nəticələrə görə, bir zamanlar imkansız görünən bu texnoloji inkişaflara gözlənildiyindən daha tez nail olunub. Bu, maşın istehsal edən şirkətlər və investisiyaların bəhrəsidir.

Obama administrasiyası rəsmiləri bu gün planla bağlı əhatəli mətbuat konfransı keçirəcək.

XS
SM
MD
LG