Yanvarın 6-da Azərbaycan Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov koronavirusdan vəfat edib.
Ali Məhkəminin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Nəsirov ötən ilin dekabrında koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilib və bu gün səhər saatlarında xəstəxanada vəvat edib.
İnqilab Nəsirov 2011-ci ilin yanvarından Ali Məhkəmənin hakimidir.
O, 1963-cü ildə sentyabrın 3-də anadan olub.
Nəsirov əvvəllər Mərkəzi Seçki Komissiyasının katibi, Səbail rayon Məhkəməsinin sədri, Bakı Apellyasiya Məhkəməsinin sədr müavini vəzifələrində çalışıb.
Şərhlərə bax
Hesabın artıq var? Daxil olun
Qeydiyyatdan keçməmisiniz? Yazılın
Daha çox şərh yüklə