Accessibility links

Azərbaycan COVID-19 vaksini yaratmaq üçün tədqiqatlara başlayıb


Vaksin

Azərbaycanda ilk dəfə vaksin yaradılması ilə bağlı tədqiqatlara başlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı Twitter hesabında yazıb ki, "uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, “COVID-19” daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib."

Bayramlı tədqiqatların hansı mərhələdə olduğu və vaksin istehsalına nə vaxt başlayanılacağı barədə məlumat verməyib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 45 min 471, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 617 min 203, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 428 min 268 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG