Accessibility links

Azərbaycan pasportu 193 ölkə arasında 60-cı yerdədir


Dünyada “ən güclü” pasport Sinqapurundur. Sentyabrın 6-da Arton Capital konsultasiya şirkəti 2018-Qlobal Pasport Gücü reytinqi açıqlayıb.

Pasportun gücü neçə ölkəyə vizasız səyahət imkanı verdiyinə görə hesablanır.

Sinqapur pasportu 166 balla birinci yerdədir, bu pasportla 127 ölkəyə vizasız səyahət etmək mümkündür, 29 ölkə isə vizanı çatan kimi verir.

Almaniya, Danimarka, İsveç, Finlandiya, Luksemburq, Norveç, Niderland, Cənubi Koreya və Birləşmiş Ştatların pasportu isə 165 balla ikinci yeri tutub. Bu ölkələrin vətəndaşları 116-126 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan pasportu 193 ölkə arasında 60-cı yerdədir, 72 balı var, 35 ölkəyə vizasız getmək imkanı verir, 37 ölkəyə daxil olan kimi viza verilir.

Gürcüstan pasportu 114 balla 39-dur, 73 ölkəyə vizasız getmək olur.

68 balla 63-cü olan Ermənistan pasportu isə 32 ölkəyə vizasız səyahət imkanı verir.

Rusiya pasportu ilə 79 ölkəyə vizasız getmək mümkündür.

XS
SM
MD
LG