Accessibility links

Azərbaycanda ənənəvi tədris qismən bərpa edilir


Azərbaycanda ümumi təhsil müəssiələrinin yuxarı siniflərində və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur.

Bu barədə Təhsil Nazriliyi məlumat yayıb.

Məlumatda deyilir ki, 2021-ci il fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində I-IX siniflərdə tədris həftədə 5 dəfə olmaqla keçiriləcək.

Belə imkanlara malik olmayan tədris müəssisələrində həftədə 3 dəfə olmaqla dərslər əyani keçiriləcək.

2021-ci il fevrlaın 15-dən isə məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumorta təhsil müəssisələrində (V-IX) isə dərslər həftədə iki dəfə olmaqla keçiriləcək.

Fevralın 15-dən həmçinin ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə dərslər ənənəvi formada bərpa ediləcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.

Bu ilki dərs ili başlayanda (ötən il sentyabrın 15-də) yalnız ibtidai siniflər, həftədə bir neçə gün olmaqla məktəbə gedib.

Oktyabrın 1-dən IV-IX, 15-dən isə X-XI sinif şagirdləri məktəbə getməyə başlayıb. Sonradan yenidən koronavirusa yoluxma halları artdığından bütün təhsil müəssisələri distant təhsilə keçib.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG