Accessibility links

Azərbaycanda 2021 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı 25 412 nəfərdir.

Ölkədə son sutka ərzində 12 210, hazırkı dövrədək isə 2 928 955 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 831 təşkil edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG