Accessibility links

Azərbaycanda 75 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Son sutkada Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 75 yeni fakt aşkarlanıb, 275 nəfər müalicə olunub, üç nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 334 992 olub, onlardan 327 907 nəfər sağalıb, 4951 nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 2134 nəfərdir. Son sutka ərzində ölkədə 8618 test keçirilib.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 662 min 38-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 949 min 920 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Amma həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG