Accessibility links

Azərbaycanda 84 069 şagird orta məktəbi bitirib


İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində tədris ilinin başa çatması münasibəti ilə “Son zəng” tədbirləri keçirilib.

COVID-19 pandemiayası ilə əlaqədar ölkədə sərt karantin rejimi müəyyən edildiyindən 2020-ci ildə “Son zəng” tədbirləri olmayıb.Sərt karantin dövründə təhsil müəsissələri distant tədrisə keçib.

Bu il Azərbaycan Nazirlər Kabineti karantin qaydalarını yumşaldıb və məktəblərdə müəyyən sayda şagird və müəllimlərin iştirakı ilə tədbirlər keçirilir.

Təhsil naziri Emin Əmrullayev deyib ki, pandemiyanın təhsilə təsirinin aradan qaldırılması üçün çox vaxt lazım olacaq.

Nazirin sözlərinə görə, bu il 84 069 nəfər 11-ci sinfi bitirəcək.

“İcbari təhsili, yəni 9-cu sinfi 131 227 nəfər bitirir," o qeyd edib.

Nazir münaqişə dövründə təmas xəttində yerləşən və daim atəş altında olan Goranboy rayonu (Bakıdan 330 kilometr qərb) Tapqaraqoyunlu kənd tam orta məktəbində “Son zəng” tədbirində iştirak edib.

Tədbirdə çıxış edən nazir Əmrullayev əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib.

Emin Əmrullayev Azərbaycan Ordusunun ölkənin suverenliyində olan əraziləri azad etməsinə istinad edərək 2020-ci ilin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan dövr olduğunu xatırladıb.

XS
SM
MD
LG