Accessibility links

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanlardan 3 dəfədən çoxdur


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus infeksiyasından 717 nəfər müalicə olunaraq sağalıb, 219 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 332 min 454 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 320 min 708 nəfər müalicə olunaraq sağalıb, 4860 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 825 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 453 min 244 test aparılıb. Bugünkü test sayı isə 7211-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 1 milyon 986 min 969-a çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 593 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG