Accessibility links

Azərbaycanda Türkiyədəki seçkilərə marağın səbəbi nədir?


"Bizim çıxaracağımız dərs odur ki, Türkiyədə nə qədər təkadamlıq sistemdən danışılsa da, Ərdoğan 17 ildə 15 seçkiyə girib. Bu, çox önəmlidir", – hüquqşünas, vaxtilə Türkiyədə təhsil almış Ələsgər Məmmədli qonşu ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələri haqqında danışarkən deyir. "Yəni 15 dəfə öz etibarını yeniləmək üçün cəmiyyətdən rəy istəyib. Bu da ortalama 1.4 ay edir", o, sözlərinə əlavə edir.

Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurduğu blok Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə uduzsa da, bölgələrdə digərlərindən irəlidədir.

Bu seçkilər Azərbaycanda da maraqla izlənməkdə, müzakirə edilməkdədir. Jurnalist Samirə Əhmədbəyli sosial şəbəkədə yazır: "Öz prezident seçkilərimizin qonşu ölkənin bələdiyyə seçkiləri qədər maraqlı olmadığı bir məmləkətin sakini olmaq çox kədərlidir".

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycanda bələdiyyə "altqurum kimi fəaliyyət göstərir"

Siyasi şərhçilər Azərbaycanda konkret bələdiyyə seçkilərinə marağın olmamasını sözügedən yerli özünüidarəetmə qurumunun səlahiyyətlərinin məhdudluğu ilə bağlayırlar. Məsələn, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu hesab edir ki, ölkədə bələdiyyələr 20 il bundan əvvəl yaradılsa da, hələ də yerli icra hakimiyyətlərinin altqurumu kimi fəaliyyət göstərir.

"Bakıda şəhər bələdiyyəsi statusunun olmaması bu seçkilərə siyasi və ictimai marağı daha da azaldır. Azərbaycan hakimiyyəti isə ətrafda baş verənlərdən nəticələr çıxarmır. Bununla da nəinki siyasi prosesləri, xüsusilə də paytaxt və respublika tabeli şəhərlərə xaricdən sərmayə cəlbini əngəlləyir və bütövlükdə regionları sosial-iqtisadi inkişafdan saxlayır", Qubad İbadoğlu deyir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyədə bələdiyyə seçkilərində uğur qazanmaqla siyasi qüvvələrin növbəti parlament və prezident seçkilərində də ciddi nəticələr əldə etmək şansı qazandıqlarını söyləyir. Siyasi təhlilçi Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılmasını və beləliklə, siyasi qrupların idarəetmənin hansısa formasında iştirak etməsini istəyir.

Siyasi şərhçilər ölkədə seçkilərə marağın azlığını həm də azad, şəffaf seçkilərin keçirilməməsi ilə əlaqələndirirlər. Ələsgər Məmmədli Azərbaycanda Türkiyədəki seçkilərə bu qədər maraq olmasını nəticələrə müdaxilə edilməməsi, mübarizənin sandığa qədər aparılması, oradan çıxan nəticəyə hər kəsin boyun əyməsi ilə izah edir: "Türkiyə siyasi sistemi çox rəngarəngdir, hətta qısqandırıcı dərəcədə rəngarəngdir. Hər nə qədər "təkadam", "diktator" filan deyilsə də, son seçki göstərdi ki, belə olsaydı, sandıqdan böyük şəhərlərdə Ərdoğanın partiyası çıxardı. 17 ildə 15 dəfə seçkiyə getmək diktaturanın tələbi deyil. Bu, onu göstərir ki, lazım gələndə Türkiyə cəmiyyəti siyasətçidən hesab sormaqdan çəkinmir. AKP də istisna deyil".

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

"Varis planı fiaskoya uğradı"

Siyasi şərhçi, "Tolerant" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlunun sözlərinə görə, 31 mart seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğan 17 illik hakimiyyətinin "ən böyük" acısını daddı. O, Ankara, İstanbul, İzmir, Adana, Çanaqqala, Əskişəhər kimi iri və sənaye şəhərlərində məğlub olan AKP-nin, ən əsası isə Ərdoğanın Binəli Yıldırımla bağlı varis planının fiaskoya uğradığını düşünür.

Siyasi şərhçinin fikrincə, Ərdoğan vaxtında AKP-ni yeniləməli, B.Yıldırım kimi "müti icraçı" əvəzinə Numan Kurtulmuş kimi "intellektual sima"nı partiyaya sədr gətirməli idi: "Bu seçki onu demə əsas verir ki, Ərdoğan üçün yolun sonu görünür. Baxmayaraq ki, ümumi nəticələrə görə, AKP öndədir, strateji planda Ərdoğan ağır zərbə aldı, qarşıda onu və komandasını qara zolaq gözləyir. Bu mərhələdə ABŞ Türkiyəni küncə sıxacaq və ictimai rəy Ərdoğanın əleyhinə işləməkdə davam edəcək".

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Ərdoğan özü də İstanbul bələdiyyəsi uğrunda yarışa önəm verirdi"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, AKP bələdiyyə seçkilərinin nəticələrindən dərs çıxarmasa, siyasətində dönüş yaratmasa, sosial problemləri həll etməsə, nüfuzu getdikcə azala, müxalifətin gücü arta bilər.

"Hakim partiyanın Ankaranı və İstanbulu itirməsi ona ciddi zərbə idi" - deyə o izah edir. "İstanbul Türkiyənin faktiki yarısıdır. Ərdoğan özü də İstanbul bələdiyyəsi uğrunda yarışa önəm verirdi, bir mitinqdən o birinə qaçırdı ki, Binəli Yıldırım qələbə çalsın. Olmadı".

Amma ekspert böyük şəhərlərdə məğlubiyyətlə üzləşən hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Millətçi Hərəkat Partiyasının (MHP) bəzi uğur qazandıqlarını da bildirir: "PKK-nın siyasi qanadı HDP kürdlərin yaşadığı bölgə böyük qə çalmayıb. Hakkari kimi şərdə PKK məğlub oldu. Ona görə ki, Hakkari və digər kürd bölgərinəyyum bədiyyər təyin edilmişdi və onlar insanların rifahının artırılması üçün çox iş gördülər. Bu da insanların AKP namizədinə üstünlük verməsi iləticəndi".

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Ərdoğanın xətası

Hüquqşünas Ələsgər Məmmədli də hakim partiyanın 44 faiz səs almaqla seçkinin qalibi olduğu halda, önəmli iki şəhəri – Ankara və İstanbulu itirməsini xüsusi qeyd edir: "Ankara və İstanbul bədiyyəri uzun illər AKP-nin əlində idi. Maraqlıdır ki, 2017-ci ildə Ərdoğan hər iki bələdiyyənin rəhbərlərini istefaya məcbur etdi. Son araşdırmalar da göstərirdi ki, Kadir Topbaş İstanbulda Binəli Yıldırımdan öndədir. Buna baxmayaraq o, Binəli Yıldırımı seçdi. Əslində, Ankarada və İstanbuldakı məğlubiyyət Ərdoğanın uzun zaman yoldaşlıq etdiyi siyasətçilərdən imtina etməsinin və xəyanətinin nəticəsi idi, bu da seçicilərə təsirini göstərdi".

Ələsgər Məmmədli Cümhuriyyət Xalq Partiyasının (CHP) seçkinin irəli çıxan tərəfi kimi dəyərləndirir, xüsusən də Ankara, İstanbul, Antalya kimi şəhərləri götürdüyünü, ötən seçkilərdən sonra seçicilərdən 3 faiz artıq səs aldığını bildirir. Bunu yaxşı nəticə kimi dəyərləndirən hüquqşünas bu səslərin arxasında tək CHP-nin yox, İYİ Partiyasının, kürdlərin verdiyi səslərin dayandığını da ayrıca vurğulayır.

Bu seçkini çoxları Ərdoğan və AKP üçün bir sınaq sayırdı. 2002-ci ildə hakimiyyətə gələndən Ərdoğan və partiyası bütün seçkiləri udub. Amma son zamanlar iqtisadi problemlər, işsizlik və ikirəqəmli inflyasiya səbəbindən hakimiyyətə müxaliflərin sayı artır.

Türkiyədə seçkiylə bağlı zorakılıqdan dörd nəfər ölüb, onlarla adam xəsarət alıb.

AzadlıqRadiosu

XS
SM
MD
LG