Accessibility links

Azad Avropa/Azadlıq Radioları Korporasiyası Jurnalistika üzrə Təqaüd Proqramını elan edir


Azad Avropa/Azadlıq Radioları Korporasiyası 2018-2019-cu il üçün Vaslav Havel - Jurnalistika üzrə Təqaüd Proqramını elan edir.

Təqaüd proqramının məqsədi öz ölkələrində azadlıq və müstəqilliyi məhdudlaşan, bu üzdən plüralizmə dəstək vermək üçün öz peşəsini yerinə yetirməkdə çətinlik çəkən jurnalistlərə dəstək verməkdir.

Proqram Havelin jurnalistikanın tiranlıq və təzyiqlərə qarşı mübarizəsində dəyişən rolu barədə fikirlərindən ilhamlanıb.

Seçilmiş təqaüdçülər radionun Praqada yerləşən baş ofisində, dil xidmətlərində yerləşdirilir. Onlara iş yerində təlimlər keçirilir, mentorluq edilir, təqaüdçülər Azad Avropa/Azadlıq Radiolarının təcrübəli jurnalistləri ilə birlikdə işləyirlər.

Proqram jurnalistlərə ən son multimedia bacarıqları öyrənmək, gündəlik redaksiya toplantılarında iştirak üçün imkan yaradır. Bu da təqaüdçüləri peşə standartlarına sadiq qalmağa, internet mediasında, efir məkanında və ümumiyyətlə, dünyada öz peşəsinin lideri olmağa yardım edir.

Təqaüd proqramı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Rusiya Federasiyasından ərizələr üçün açıqdır.

Müraciət ərizələri ingilis dilində doldurulmalı, 2018-ci il iyunun 7-si, səhər saat 9-a qədər havelfellowship@rferl.org ünvanına göndərilməlidir.​

Ərizəni və proqram haqqında daha geniş məlumatı bu linkdən əldə edin.

XS
SM
MD
LG