Accessibility links

Azadistan hökümətinin 90 ili tamam olub


Azadistan hökümətinin 90 ili tamam olub
Azadistan hökümətinin 90 ili tamam olub

Sual: Bildiyiniz kimi, bu günlərdə İranda Azadistan hökumətinin dağıdılmasının ildönümüdür. Bu hökumət üçün nəyə görə Azadistan adından istifadə edib. Bunun məqsədi nə idi?

Cavab: Öncə bu hökumətin adı Azadistan deyildi. 1917-ci il fevral inqilabından sonra Təbriz altı il Rusiyanın nəzarəti altında olan bir ərazi idi. Lakin rus qoşunları zəiflədikdən sonra ikinci məclis dövründə İran Demokrat firqəsinin fəal üzvü olan Xiyabani öz silahdaşları ilə bərabər 1917-ci ildə Təbrizə gələrək Azərbaycan Demokrat hökümətini yaratdı. Təbriz qiyamı 1920-ci il aprel ayının 5-də, şimalda Azərbaycan demokratik respublikasının qızıl ordu tərəfindən işğal olunmasından 22 gün əvvəl qurulmuşdur. 1918-ci ildə Azərbaycan Demokrat firqəsinin Bakıdakı nümayəndəliyi bu adla hətta bir qəzet də buraxıb. Düşünürəm ki, burada Azərbaycan adı hallandığına görə rəaksiyalara yol verməmək üçün hökumətin adını Azadistan qoyublar. Bu qərar qəbul olunub. Ondan sonra isə Xiyabani bütün idarələrə Azadistan adını istifadə etməyi tapşırıb. Ondan sonrakı müzakirələrdə bildirilib ki, Azərbaycanın istəyi Azadistan adının rəsmiləşdirilməsidir. Rus yazıçıları İran Azərbaycanında, Azərbaycan Demokrat Firqəsi adlı qurumun İrandan ayrılmağa çalışmasına dair məlumat yayımlayıb. Bu növ hallar hökumətin adının Azadistan olmasının səbəblərini təsdiqləyir.

Sual: Beynəlxalq siyasi şəraitə görəmi onlar məcburiyyət qarşısında adlarını Azadistan qoyublar?

Cavab: Xeyr, Xiyabani iddia edirdi ki, Azərbaycan azadlığın mərkəzidir. Tehran qəzetələri Xiyabaninin və Azərbaycan Demokrat hökümətinin əleyhinə məqalələr yazırdılar. Və Xiyabani buna cavab kimi bildirirdi ki, Təbriz heç bir dövlətə baş əyməyəcək, Təbriz azadlığın rəmzi olaraq qalacaq. Bütün bunlarla Xiyabani bir daha azadlıq arzusunu nümaiş etdirirdi. Onlar qiyama şüarlarla başlayıblar. Şüarlardan biri ümumi asayişi təmin etmək, o biri isə gələcəkdə azadlığı Tehrana yaymaq idi. Səttərxan dövründə Təbriz qiyamında olduğu kimi, Tehranda da gələcəkdə eyni qiyama ümid var idi.

Sual: Bu hərəkatın əsas məqsədi İrandan azad olmaq deyildi? İran miqyasında azadlığı yaymaq idi. Və bu, Xiyabani tərəfindən azadlığın ilk addımı kimi nəzərdə tutulurdu. Belədirmi?


Cavab: Bəli, onlar heç bir zaman deməyiblər ki, İrandan ayrılmaq istəyirlər. Onların "Təcəddod" adlı mətbuəsinin mətnləri fars dilində yazılırdı. Düzdür, hərdən türkcə şeirlər də dərc olunurdu.

Sual: O zaman İranda parlament var idi. Parlament və qeyri-fars əyalətləri Azadistan hökumətinə necə reaksiya göstərirdi?

Cavab: Bilirsiniz, o vaxt İranda bir dağınıqlıq var idi. Fərz edin ki, mərkəzi hökumətin əleyhinə qiyamlar edən təşkilatlar var idi. Və o zaman İranda parlament hələ qurulmamışdı. Məşrutə qiyamı yatırılandan sonra uzun bir fitrət dövrü idi. Və bundan sonra parlamentin dördüncü məclisi qurulur. Xiyabani də bu məclisə seçilən nümayəndələrdən biri idi. Ancaq onun bu məclisdə iştirakı mümkün olmur. Çünki Xiyabani parlamentin sesiyasının başlamasından əvvəl dünyasınını dəyişir. Lakin ümumi vəziyyətdə mövcud dövlətdə qarışıqlıqlar var idi. Qiyamın son dövrlərində mövcud hakimiyyət süqut edir. Onun yerinə qurulan hökumət Müxbir Səltənəti Təbrizə məmur təyin edir. Müxbir Səltənət Təbrizə gələrək orada Qəzzaxların əli ilə bu hakimiyyəti yıxır. Mən onu da qeyd etmək istəyirəm ki, Xiyabaninin problemi onda idi ki, o tək nitq söyləməklə qiyamı qüvvədə saxlaya biləcəyini düşünürdü. Silahlı qüvvələrin sayını artırmaq, onların imkanlarını genişləndirmək, hərəkatı İranın başqa yerlərindən dəsdək əldə etmək kimi çox vacib işlərə kifayəti qədər üstünlük vermirdi. Buna görə də mərkəzi hökumətin qəzzaxları qiyamı rus hərbi rəsmilərnin nəzarəti altında yatıra bildilər.

Sual: Xüsusən Məhəmməd Müsəddiq dövləti dövründə İranda siyasi mübahisələr olanda, xarici qüvvələr müdaxilə etməsəydilər İranda azadlıq yolunda və ya baş verən proseslərdə fərq olardı. Bəlkə də bu gün İran azad bir ölkə olardı. Bundan başqa İranda azərbaycanlılar yüz ildir ki demokratiyaya, azadlığa görə partiyalar qururlar, çalışırlar, fəaliyyətlər göstərirlər. Azərbaycanlılar yüz il ərzində daim siyasi fəaliyyətdə olublar. Və hətta hökumətlər belə qurublar, lakin İrandan ayrılmaq istəməyiblər. Bununla belə mərkəzi hökumət bunları daimi təqib edib. Mənim sualım budur- İran azərbaycanlıları bununla bağlı iddia edə bilərlərmi ki Azərbaycandan başqa qüvvələrin müdaxiləsi onlara təsir edib?

Cavab: Burada əsas söhbət bütün İran tarixində baş verən proselər barədədir. Əgər İran demokratik ölkə ola bilsəydi, o zaman İran azərbaycanlıları da bundan istifadə edərək azadlıq əldə edə bilərdilər. Xarici qüdrətlərin Azadistan hökumətinin süqutunda rolunun olmasını demək düzgün olmazdı. Mərkəzi hökumətin başlıca məqsədi İran boyu yaranan hökumətləri susdurmaq idi. Məşrutə hərəkatının aparıcı gücü Azərbaycanda olub. Məsələn, Səttərxan , Azadistan kimi hərəkatlar Mərkəzi hakimiyyəti yerinə oturdublar. Düzdür bəzi vilayətlərdə öz şəxsi maraqlarını güdmək istəyən hakimlər olub. Lakin hər kəs özünə mənfəət əldə etmək üçün çalışmışdı. Müşəxxəsən Xiyabaninin mövzusunda danışsaq biz yenə də görürük ki, onun məqsədi Azərbaycanı İranın tərkibindən çıxarmaq deyil, nəzarəti altındakı vilayətlərdə hakimiyyətini daha da gücləndirib mərkəzə yaymaq idi. Bundan sonra Pişəvəri hakimiyyətinin də planlaşdırdığı kimi öz vilayətlərində azadlığı yayandan sonra İranın başqa ərazilərini də azad etmək idi. Mən əldə etdiyim məlumatlardan bu nəticəyə gəlmişəm ki, əsas məqsəd Azərbaycanda qanuni və işləyən parlament yaratmaq və bu siyasəti bütün İrana yaymaq idi.

Sual: Azərbaycanlıların hakimiyyətə dair narazılıqları olub, İranın bütün bölgələrində belə hallar olub, lakin Azərbaycanda azadlıq və demokratiya uğrunda cərəyanlar daha güclü olub və İran miqyasında öz təsirini göstərib, bəzi hallarda demək olar ölkənin gələcəyini müəyyən edib. Bəs bu fərq nəynən bağlıdır.


Cavab: Azərbyacan İranın başqa yerlərinə nisbətən xarici aləmlə daimi təmasda idi və xaricdəki cərəyanlardan təsir görürdü. Bu baxımdan Azərbaycanda azadlıq fikri İranın başqa yerlərindən daha əvvəl inkişaf etməyə başlamışdı. Fars ədəbiyyatının ilk yazıları fars dilində çıxmışdır. Bu yazılar fars dilində Talıbov və Hacı Zeynalabdin Mərağeyi yazıblar. Talıbov iddia edir ki, “mən mühəndisi nəsr farsiyəm”. Axundovun, “Molla Nəsrəddin” əsərinin bir çox təsirləri olub. Başqa bir tərəfdən Rusiyada demokratik hərəkatın, Türkiyəda islahatların təsirləri olurdu. Azərbaycanın Rusiya, Türkiyə və Avropa ölkələri ilə ticari əlaqələri də öz təsirini göstərirdi. Təbriz demokratiyanın İrana açılan qapısı idi. Hətta Fransa inqilabı belə Təbrizdəki azadlıq hərəkatına öz müsbət təsirini göstərib. Ruslarla mübarizəyə davamlı olmaq üçün ölkənin gənclərini xaricdə təhsil almağa göndərirdilər. Təbriz müasir dünya ilə daha çox maraqlanırdı və müasir həyata uyğunlaşmağa çalışırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG