Accessibility links

Azadlıq radiosunun apellyasiya şikayəti təmin olunmayıb


Sentyabrın 30-da 1 saylı İnzibati İqtisadi Məhkəmənin qərardadından AzadlıqRadiosu-nun apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə vəkil Adil İsmayılov bildirib.

O, Bakı Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib.

Avqustun 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "RFE/RL Inc." şirkətinin (Azad Avropa/Azadlıq radioları) Vergilər Nazirliyinə iddiası üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmişdi.

İddia ərizəsində AzadlıqRadiosu-nun Azərbaycan Nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılması, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qərarının ləğvi istənilir. Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edib.

AzadlıqRadiosu-nun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb.

XS
SM
MD
LG