Accessibility links

"Azadlıq" bloku azad seçki tələb edir


"Azadlıq" bloku azad seçki tələb edir
"Azadlıq" bloku azad seçki tələb edir

“Azadlıq” siyasi bloku “Azad seçki!”, “Toplaşmaq azadlığı!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə mitinq keçirməyə cəhd edib

“Azadlıq” siyasi bloku “Azad seçki!”, “Toplaşmaq azadlığı!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə mitinq keçirməyə cəhd edib. Cəhdin qarşısı alınıb, çoxsaylı iştirakçı saxlanıb. Aksiyadan öncə mitinqin keçiriləcəyi “Nərimanov” metrosu rayonunda və metro çıxışlarında insanların hərəkəti qismən məhdudlaşdırılıb.

Polis aksiya zamanı saxlananlarla bağlı məlumat verməyib. Daxili İşlər nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov iştirakçılara qarşı zorakılıq və təzyiq hallarının olmadığını deyib.

AXCP sədri Əli Kərimli isə “Amerikanın səsi” radiosuna müsahibəsində qırxdan çox fəalın saxlandığını bildirib. O etiraz aksiyalarının davam etdiriləcəyini bəyan edib.

“Polis mitinqdən öncə partiya rəhbərliyinə daxil olan on nəfəri saxlayıb. Aksiya zamanı isə otuzadək fəal saxlanıb”.

O aksiyanın baş tutduğunu bildirib. “Toplaşmaq azadlığının hökumət tərəfindən boğulduğunu və azad seçki istəyimiz ictimai diqqətə çatdıra bildik. Hesab edirəm ki, gələcək aksiyalarda ictimaiyyət də bizimlə olacaq”.

XS
SM
MD
LG