Accessibility links

PKK-ya qoşulduğu iddia edilən üç azərbaycanlı tələbənin videosu yayılıb [Video]


Azərbaycanlı tələbələr PKK-a düşərgəsində
Azərbaycanlı tələbələr PKK-a düşərgəsində

Gənclər Türkiyə universitetlərində oxuyan zaman PKK-ya qoşulduğunu bildirir

Ankarada yoxa çıxan 3 azərbaycanlı tələbənin İraqda PKK düşərgəsində olması ilə bağlı məlumatlar yayılıb.

Belə ki, İldırım Bayazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetinin tələbəsi Mobil və Turqut Ozal Universitetinin tələbəsi Məmmədhüseyn adlı şəxslərin yoxa çıxması iddia edilir.

Tələbələrin ailələri mediaya övladları ilə üç aydan çoxdur ki, əlaqələrinin olmadığını bildirib. Azərbaycanın və Türkiyənin hüquq-mühafizə orqanları tələbələrin hansı şəraitdə yoxa çıxması barədə məlumat vermir.

Bu il iyunun 6-da Youtube sosial şəbəkəsində “anfvideo” tərəfindən “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə video müsahibə (https://www.youtube.com/watch?v=Y3dnetx0gKc) yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Video müsahibədə gənclər Azərbaycandan oIduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Yayılan videolardakı adlar və soyadlarla video müsahibədə təqdim olunan adlar və soyadlar uyğun gəlmir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

Videoda gənclər sosialist qrupuna məxsus olduğunu və dünyada xilasın "internasional"da olduğunu bildirir. PKK qrupu rəqs edir, kürd, Azərbaycan dillərində mahnılar oxuyur. Qrup Azərbaycan dilində "Daşlı qala" mahnısını və "İnternasinal" marşını ifa edir.

Təqdim edilən videonun həqiqətə uyğun olub-olmadığını da hələ müəyyən etmək mümkün deyil. Hüquq-mühafizə orqanları video ilə bağlı şərh verməyib.

Azərbaycanın Türkiyədəki səfirliyi Sənan Güləhmədovun yoxa çıxmasını yerli mediaya təsdiq edib. Digər iki tələbə barədə isə məlumatın olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG