Accessibility links

Beynəlxalq hüquq müdafiə təşkilatlarının rəhbərləri Azərbaycanla bağlı AŞPA-ya müraciət edib



Bir sıra beynəlxalq hüquq - müdafiə təşkilatlarının liderləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq və İnsan Haqları Komitəsinə açıq məktub göndərərək Bakıdan öz öhdəliklərinə əməl etməsini tələb etməyə çağırıb.
Məktubda deyilir ki, iyunun 26-da Komitə məruzəçi Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında hesabatına baxacaq.

“Biz Azərbaycanda ifadə azadlığı hüququna görə vətəndaşların azadlıqdan məhrum olunmasının davam etməsindən dərin narahatlıq keçirən təşkilatlar qrupunu təmsil edirik. Biz Komitəni hesabata maksimum diqqət yetirməyə və Azərbaycan hökumətinin cənab Ştrasseri ölkəyə buraxmaqdan imtina etməsini nəzərə almağa çağırırıq.

Biz AŞPA-ya və sizin Komitəyə müraciət edərək öz fikrini dinc ifadə etdiyinə görə həbs olunanların dərhal azadlığa buraxılmasına, siyasi motivlərlə həbs olunanların azad edilməsinə və ya ədalətli məhkəmə çəkişməsi ilə təmin olunmasına çağırmanızı xahiş edirik.

Biz Azərbaycanın həm Avropa Şurasının, həm də Avropa İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsinə dair Konvensiyanın üzvü kimi öhdəliklərinə baxmayaraq, fikir və toplaşma azadlığı da daxil olmaqla, daim bu öhdəlikləri pozmasından narahatıq.

Biz öz fikrini söyləyən, hakimiyyəti tənqid edənlərin həbs olunmasından və təqib edilməsindən narahatıq”, - məktubda deyilir.

Müəlliflər AŞPA-nı Azərbaycanda insan haqlarının durumunun monitorinqini effektiv yerinə yetirməyə, siyasi məhbuslar məsələsinin həllinə çağırıb.
“Ədalətli məhkəmə çəkişməsi olmadan siyasi motivlərlə həbs edilənlərin dərhal və şərtsiz azadlığa buraxılmasını tələb edirik;
Söz azadlığına davam edən hücumları pisləyirik və tələb edirik ki, Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququnu həyata keçirənlərin təqib olunmasına, qorxudulmasına, sıxışdırılmasına son qoysun;
Öz funksiyalarını yerinə yetirə bilməsi üçün AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin mandatı ilə bağlı Komitənin dəstəyinin təmin olunmasını tələb edirik. Azərbaycan hakimiyyəti məruzəçi ilə əməkdaşlıq etməli, onun səfərinə və mandatının yerinə yetirilməsinə yardım göstərməlidir”, - məktubda qeyd olunur.

Məktubu Nikolas Beger (Amnesty International-ın Avropa ofisinin direktoru), Kortni S.Radş (Freedom House, baş menecer), Maran Terner Freedom Now, icraçı direktor), Mariya Dale (Human Rights House Foundation, icraçı direktor), Hyu Uilyamson (Human Rights Watch, Avropa və Mərkəzi Asiya üzrə direktor), Kirsti Hyuz (Senzura İndeksi, icraçı direktor) imzalayıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG