Accessibility links

Azərbaycan hökumətinin yeni üzvləri təyin edilib


Nazirlər Kabineti
Nazirlər Kabineti

Prezident İlham Əliyevin sərəncamları ilə hökumətin yeni üzvləri təyin edilib. Bununla da yeni hökumət formalaşıb.

Prezidentin sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Azad Rəhimov gənclər və idman naziri, Əbülfəs Qarayev mədəniyyət naziri, Yavər Camalov müdafiə sənayesi naziri, Oqtay Şirəliyev səhiyyə naziri, Ceyhun Bayramov təhsil naziri, Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri, Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri, Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Yeni təyin edilmiş nazirlər, komitə və ximət rəhbərləri Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilib.

Yeni təyinatlar arasında ekologiya və təbii sərvətlər, təhsil nazirləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin rəhbərləri var.

Yeni yaradılmış Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə hələ yeni təyinat olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG