"Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri qiymətli kağızların çapı üçün müqavilələrə görə Avstriya Mərkəzi Bankından rüşvət alıblar". Bu barədə Bloomberg agentliyinə Vyana prokurorluğu məlumat verib.
İyunun 13-də prokurorluq 9 nəfəri “cinayət sövdələşməsi”ndə ittiham edib. Bura Avstriya Mərkəzi Bankının rəhbərinin müavini də daxildir. 83 səhifəlik ittihamnaməyə görə, həmin şəxslər 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayaleyə 14 milyon avro məbləğində rüşvət veriblər. Eyni zamanda onların heç birinin barəsində cinayət törətməklə bağlı ittiham irəli sürülməyib.
İyunun 13-də prokurorluq 9 nəfəri “cinayət sövdələşməsi”ndə ittiham edib. Bura Avstriya Mərkəzi Bankının rəhbərinin müavini də daxildir. 83 səhifəlik ittihamnaməyə görə, həmin şəxslər 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayaleyə 14 milyon avro məbləğində rüşvət veriblər. Eyni zamanda onların heç birinin barəsində cinayət törətməklə bağlı ittiham irəli sürülməyib.
Adib Mayale agentliyin müxbiri ilə telefon söhbətində bu fikirləri inkar edib: “Bu, qətiyyən həqiqətə uyğun deyil. Bu haqda ilk dəfədir ki, eşidirəm. Bizim pulları Avstriyada çap etdirməyimizə gərək yoxdur. Bizim Rusiya ilə müqaviləmiz var”, deyə o bildirib.
Öz növbəsində Azərbaycan Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev şərh verməyib və bildirib ki, E.Rüstəmovun mobil telefonunun nömrəsi onda yoxdur.
Prokurorluğun ittihamları 18 aylıq təhqiqatdan sonra irəli sürülüb.
Hakimiyyət 2011-ci ilin noyabrında rüşvət faktlarını aşkar etdikdən sonra dörd nəfəri həbs edib.
Prokurorluğun araşdırmasına görə, Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfqanq Duçazek ehtimal olunan cinayətə görə məsuliyyət daşıyır.
Bankın rumın mənşəli əməkdaşı azərbaycanlı məmurlarda pulların çapı ilə bağlı müqavilə bağlamağa maraq oyada bilib. Avro banknotlarını yaratmış valyuta dizayneri Robert Kalinin adı bu işdə “kozır” olub.
Lakin Avstriya tərəfi sövdələşmənin məbləğinə 20% əlavə etməyənə və bu əlavə məbləği vəzifəli şəxslərə verməyən qədər Azərbaycandan xəbər almayıb.
Prokurorluq bildirir ki, bu plan Avstriya Bankı İdarə Heyəti tərəfindən bəyənilib. Sonrakı müqavilələr də həmin məbləğdə rüşvəti əhatə edib ki, bunlar da sənədlərdə “ödəniş” və ya “komissiya” kimi qeyd olunub.
Sövdələşmədə məqsəd Azərbaycan Mərkəzi Bankının sifarişlərini mümkün qədər daha böyük müddətə generasiya etmək olub, ittihamnamədə deyilir.
Avstriyalı məmurlar ödənişlər üçün Livan, Panama, Abu Dabi və Virciniya adalarındakı saxta şirkətlərdən və Latviya, Dubay, Slovakiya və Böyük Britaniyadakı bank hesablarından istifadə ediblər.
Lakin Avstriya bankının rəhbərinin müavininin vəkili Qabriel Lanski öz bəyanatında “bütün ittihamların əsassız olduğunu” bildirib. O həmçinin deyib ki, onun müdafiə etdyi şəxs məhkəmədə bəraət alıb.
Suriyaya gəlincə, bu ölkənin valyutasının çapı zamanı müqavilənin qiyməti 14% şişirdilib. Bu barədə prokurorluq bildirib, lakin Suriya və Azərbaycan rəsmi şəxslərinin bu ittihamlarla bağlı xəbərdar olunub-olunmadıqlarını şərh etməyib.