Accessibility links

Azərbaycan prezidenti sanksiyaların götürülməsi münasibəti ilə İran xalqını təbrik edib


Azərbaycan prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Əliyev bildirib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran prezidenti Həsən Ruhani iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları Azərbaycanla İran arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, iki ölkənin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG