Azərbaycan müdafiə naziri Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vejdi Gönülün dəvəti ilə aprelin 7-də Ankaraya rəsmi səfərə gedib.
Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.
Cənab Əbiyevin Türkiyənin yüksək dövlət səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.