Accessibility links

Azərbaycanda yeni böyük qaz yatağı açılıb


Azərbaycanda yeni böyük qaz yatağı açılıb
Azərbaycanda yeni böyük qaz yatağı açılıb

Kəşfiyyat quyusunun dərinliyi 6500 metrdir. Mövcud qiymətlərlə hesablandıqda tapılan ehtiyatların ümumi qiyməti 40 mlrd. dollar təşkil edir

Azərbaycan Dövlət Neft Şirkəti “Ümid” yatağında böyük qaz ehtiyatının açıldığını bəyan edib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, ilkin hesablamalara görə yataqda 200 mlrd. kubmetr qaz ehtiyatı var. “Kəşfiyyat quyusunun dərinliyi 6500 metrdir. Mövcud qiymətlərlə hesablandıqda tapılan ehtiyatların ümumi qiyməti 40 mlrd. dollar təşkil edir”.

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib ki, Bakıdan 70 kilometr məsafədə yerləşən “Ümid” yatağındakı qaz ehtiyatları proqnozdan daha çoxdur.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizində “Ümid” qaz yatağının açılması münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyini qəbul edib.
Prezident Dövlət Neft Şirkətinin “Ümid” yatağında kəşfiyyat işləri aparmasını mühüm adlandırıb. “Bu hadisə bir daha göstərir ki, Azərbaycan təkcə neft yox, həm də qaz ölkəsi kimi tanınır. “Ümid” yatağının işlənilməsi nəticəsində Azərbaycanın qaz potensialı daha da artacaq”, - deyə o qeyd edib.

“Ümid” yatağı ehtiyatlarına görə “Şahdəniz” yatağından sonra ikincidir. “Şahdəniz” yatağında 1,2 trilyon qaz ehtiyatı var.

XS
SM
MD
LG