Accessibility links

Bıçaqlanan Qdanks meri vəfat edib


Bıçaqlanan Qdanks meri vəfat edib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Polşanın şimalında yerləşən Qdansk şəhərinin meri Pavel Adamoviç bazar günü keçirilən xeyriyyə tədbirinin səhnəsində aldığı bıçaq yaralarından ölüb.

Adamoviç yanvarın 14-də ona bir gün əvvəl bıçaq hücumundan sonra saatlarla ağır vəziyyətdə idi.

Bu hücum zamanı Adamoviç ürəyindən, döş qəfəsindən və qarın boşluğundan dərin yaralar almış, bunun ardınca beş saat davam cərrahiyyə əməliyyatı keçirmişdi.

27 yaşlı şübhəli hadisə yerində yaxalanıb və onun əvvəllər də məhkumluğu olduğu deyilir.

“Göylərə işıq saçaq” adlı xeyriyyə tədbirində çəkilmiş videoda bir adamın mikrofonu qapdığı və bundan əvvəlki mərkəz-solçu Vətəndaş Platforması partiyasının hökuməti zamanı yanlış olaraq həbsxana cəzası aldığını, habelə işgəncəyə məruz qaldığını söyləməsi görünür.

Adamoviç bu Baltik dənizi portunda artıq iki onillik idi ki, mer idi və onun bu posta təkrar seçilməsini Vətəndaş Platforması təşkilatı dəstəkləmişdi.

Avropa Şurasının prezidenti, Polşanın keçmiş baş naziri, habelə sözü gedən Vətəndaş Platforması partiyasının qurucularından biri Donalıd Task bundan əvvəl Twitter-də hamını mer Adamoviç üçün dua etməyə çağırmışdı.

Lex Valesanın rəhbərlik etdiyi Həmrəylik həmkarlar təşkilatının əsası 1980-ci ildə məhz bu şəhərdəki gəmi tərsanəsində qoyulub. Həmrəylik Polşada kommunist üsul-idarəsinin devrilməsində əsas rol oynayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG