Accessibility links

Bağdadda şiə dindarları hədəf alan hücumlar azı 12 nəfərin ölümü ilə nəticələnib


İraq hökuməti təxminən 200 000 təhlükəsizlik işçilərini dindarları mühafizə etmək üçün əraziyə yerləşdirib

İraq rəsmiləri bildirib ki, bu gün Bağdadda şiə dindarları hədəf alan hücumlar azı 12 nəfərin ölümü ilə nəticələnib. Bu hadisə paytaxt boyu azı 50 nəfərin ölümü ilə nəticələnən oxşar partlayışdan bir gün sonra baş verib. Təhqiqatçılar deyib ki, bu günkü zorakılıqlar 10 minlərlə dindarın on iki əsr bundan əvvəl qətlə yetirilmiş İmam Moussa al-Kadimin ildönümünü qeyd edəndən sonra evlərinə gedən zaman baş verib. Ötən 3 gün ərzində Bağdadda şiə dindarlara qarşı təcavüzlər 70-dən çox insanın ölümü ilə nəticələnib. İraq hökuməti təxminən 200 000 təhlükəsizlik işçilərini dindarları mühafizə etmək üçün əraziyə yerləşdirib. İraqda əksəriyyət təşkil edən şiələr 2003-cü ildə sünnilərin dominantlıq etdiyi Səddam Hüseyn diktatorluğunun devrilməsindən sonra təcavüzə məruz qalmışlar.

XS
SM
MD
LG