Accessibility links

Bağdadda daha bir etirazçı öldürülüb


İraqın paytaxtı və ölkənin cənub bölgəsində nümayişlər zamanı bir neçə adam xəsarət alıb, bir nəfər öldürülüb.Yandırılan təkərlərlə maqistral yollar bağlanıb, şəhərlərin üzərini tüstü örtüb.

Xəsarətlər təhlükəslik qüvvələri ilə toqquşma zamanı qeydə alınıb. İki aydır davam edən etirazlar zamanı İraqın siyasi sinfinin tam dəyişdirilməsi tələb olunub.

Bu müddət ərzində azı 350 nəfər öldürülüb,15 min insan yaralanıb.

Sonuncu qurban Bağdadın Əl-Əhrar körpüsü yaxınlığında aldığı güllə yarasından dünyasını dəyişib. Bu körpü hökumət binalarının yerləşdiyi Dəclə çayının qərb sahilinə aparır.

Nümayişçilərin körpünü keçəcəyi qorxusu ilə təhlükəsizlik qüvvələri bölgəni mühasirədə saxlayır, körpünü keçməyə cəhd edənlərə qarşı rezin güllələr və gözyaşardıcı qazadan istifadə edir.

Əksəriyyəti yeniyetmə olan etirazçılar günlər və həftələrlə evlərinə getmir. “Biz buranı yalnız tabutda tərk edəcəyik” - deyə, onlardan biri deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG