Accessibility links

Bağdadda partlayış: 30 ölü, 25 yaralı


İraq polisi və xəstəxana rəsmilərinin bildirdiyinə görə, bu gün intiharçının parlayıcılarla dolu yük maşınını Bağdadın bazarlarından birinin içərisində partlatması nəticəsində 30 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb. Qruplaşma bunu Amaq xəbər agentliyi vasitəsilə bəyan edərək "şəhidlik əməliyyatı" nəticəsində insanların öldürüldüyünü açıqlayıb.

İntiharçı partlayıcıları Bağdadın şərqindəki Sədr şəhərindəki meyvə-tərəvəz bazarında partladıb. Əsasən şiələrin yaşadığı Sədr şəhəri dəfələrlə hücumlara məruz qalıb.

Ölənlərin çoxu gündəlik iş gözləyən fəhlələr olub.

İntiharçı partlayıcıları Bağdadın şərqindəki Sədr şəhərindəki meyvə-tərəvəz bazarında partladıb. Əsasən şiələrin yaşadığı Sədr şəhəri dəfələrlə hücumlara məruz qalıb.

Dünən isə İraqın cənubunda rəsmilər bildirib ki, bomba kəməri geyinən yaraqlılar içərisi bomba ilə dolu avtomobili polis yoxlama məntəqəsinə sürərək 7 nəfərin ölümünə səbəb olublar.

Rəsmilərin sözlərinə görə, hücum zamanı ən azı 15 nəfər də yaralanıb. Partlayış Bağdaddan 180 kilometr cənubda Qadisiyah qəsəbəsi yaxınlığında törədilib.

Həmin hücumun məsuliyyətini də İŞİD qruplaşması öz üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Saad Maan deyib ki, yaraqlılar Nəcəf şəhərinə gedərək özlərini orada partlatmağı planlaşdırırdılar. Nəcəf İraqın şiə əksəriyyətinin dini paytaxtı hesab edilir.

XS
SM
MD
LG