Accessibility links

Bağdadın şiə məhəlləsində intiharçı hücumu


İraq paytaxtında intiharçı hücumu 7 nəfərin ölümü, 18 nəfərin yaralanması ilə nəticələnib.

İraq rəsmilərinin bildirdiyinə görə, hücum bu gün səhər saatlarında Bağdadın şimalındakı şiə məhəlləsi olan Xadimiyyədə həyata keçirilib. İntiharçı üzərindəki bombanı kəşfiyyat xidmət bazası yaxınlığındakı polis yoxlanış məntəqəsində partladıb. Ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır.

Bu ərazi həm də şiələr üçün müqəddəs yerlərdən hesab edilir.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

İraqda son həftələrdə zorakılıqların sayı artmaqdadır.
XS
SM
MD
LG