Accessibility links

Hamberto tufanı Bahama adalarına yaxınlaşdıqca qasırğaya çevrilməlidir


Tropik Hamberto tufanı Bahama adalarına yaxınlaşdıqca sürət toplayaraq qasırğaya çevrilməlidir.

Sinoptiklərin bildirdiyinə görə, saatda 95 km sürətlə irəliləyən qasırğa səbəbi ilə sahil bölgələrə xəbərdarlıq verilib. Gələn bir neçə gün ərzində Hamberto Floridanın şərq sahil sularına çatmalı və daha sonra geriyə çəkilməlidir.

Hava şəraiti hava limanlarının bağlanmasına səbəb olub.

Bundan əvvəl Dorian qasırğasına məruz qalan Bahama adaları hələ də ağır vəziyyətdədir.

Şimali Bahama rəsmiləri keçən həftə 5-ci kateqoriyalı qasırğanın təsirinə məruz qoyduğu Abako adalarından ölənlərin cəsədlərini çıxarıb. Hökumət qasırğa zamanı 43 nəfərin öldüyünü bildirir.

Lakin axtarış və xilasetmə qrupları dağıntıların altından yüzlərlə insan cəsədinin çıxacağını təxmin edir. Daha sonra cəsədlər təhqiqat üçün paytaxt Nassauya aparılıb.

Şənbə günü Abakonu ziyarət edən NATO-nun baş katibi Antonio Quterreş gördüklərindən dəhşətə gəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG