Accessibility links

Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək


ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək
ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

Mayın 17-də Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək.

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, investisiya imkanları, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, habelə turizm, vergi, gömrük, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, əmək məsələləri, əqli mülkiyyət və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Maliyyə Nazirlıiyinin məlumatından sitat

İclasda, həmçinin Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti, komissiyanın 3-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

İclasda iştirak etmək üçün ABŞ Dövlət Katibinin İqtisadiyyat və Biznes Məsələləri üzrə köməkçisinin birinci müavini Peter Haasın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gələcək.

ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının birinci iclası 2007-ci il fevralın 7-də Bakı şəhərində, ikinci və üçüncü iclasları 2008-ci il noyabrın 17-də və 2012-ci il 17-18 apreldə Vaşinqton şəhərində keçiriliib. Komissiyanın Azərbaycan tərəfdən sədri maliyyə naziri Samir Şərifovdur.

Bu il mayən 8-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Amerikanın Səsinə müsahibəsində bildirib ki, iki dövlət arasında olan dialoqun nə qədər mənalı olması çox vacib amillərdən biridir.

Cənab prezident Tramp Azərbaycan prezidentinə dörd məktub ünvanlayıb və cənab Boltonun Azərbaycana səfəri özü-özlüyündə Amerika Birləşmiş Ştatlarının Azərbaycanla münasibətlərini çox vacib hesab etməsinin bir siqnalıdır, əyani təzahürüdür.
Li Litzenberger, ABŞ səfiri

“İki dövlət arasında, yüksək səviyyəli rəsmilər arasında fikir mübadiləsi, müzakirələrin mövcudluğu da çox vacib bir məsələ olaraq qalır. Artıq qeyd etdiyim kimi, cənab prezident Tramp Azərbaycan prezidentinə dörd məktub ünvanlayıb və cənab Boltonun (ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə əlaqələndircisi -red) Azərbaycana səfəri özü-özlüyündə Amerika Birləşmiş Ştatlarının Azərbaycanla münasibətlərini çox vacib hesab etməsinin bir siqnalıdır, əyani təzahürüdür. Gələn həftə (mayın 17-də -red) burada iqtisadi tərəfdaşlıq komissiyasının iclasını keçirəcəyik. Düşünürəm ki, bu 2012-ci ildən bəri ən yüksək iqtisadi səviyyədə, iqtisadi müstəvidə olan müzakirələr olacaq ki, Azərbaycanda baş tutacaq. ABŞ Azərbaycana "Cənub" qaz dəlizi layihəsinin tamamlanmasında, bu layihənin gerçəkləşməsində dəstək göstərib. Sözgüdən layihə həqiqətən də çox vacib layihədir. Ona görə ki, o, Azərbaycanın enrji ehtiyatlarının, qaz ehtiyatlarının Avropa dövlətlərinə çatdırlımasına yardım edəcək. Mən düşünürəm ki, sözügedən layihə çərçivəsində “Cənub” qaz dəhlizi layihəsi ilk öncə Azərbaycanın iqtisadi inkişafına yardımçı olacaq. Eyni zamanda Azərbaycanın iqtisadi və enerji baxımından müstəqilliyinə təkan verəcək,” səfir qeyd edib.

XS
SM
MD
LG