Accessibility links

Bakıda 300-dən çox bina istismara verilir


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 59 binanın istismarına icazə verib. “Turan”ın xəbərinə görə, bu barədə jurnalistlərə komitə sədri Samir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, daha 400 oxşar layihə üzərində iş aparılır.

“Müvafiq dövlət qurumları işlərini tamamladıqdan sonra komitəmiz bir həftə müddətində mülkiyyət hüququnu təsdiqləyən sənəd təqdim edir”, - deyə o bildirib.

S.Nuriyevin sözlərinə göərə, ilin sonunadək bütün işlər başa çatacaq.

Eyni zamanda, o qeyd edib ki, bəzi yerlərdə hələ də çatışmazlıqlar var və o, sahibkarları çatışmazlıqları aradan qaldırmağa çağırıb.

Dövlət başçısı bu il fevralın 19-da “Bir sıra çoxmərtəbəli binaların istifadəsinə icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Söhbət 400-dən çox hündürmərtəbəli binanın istismara verilməsinin asanlaşdırılmasından gedir. Həmin binaların 300-dən çoxu Bakıdadır.

Bundan başqa Bakı ətrafı kəndlərdə tikilmiş 700 minə yaxın fərdi evin sənədləşdirilməsi də nəzərdə tutulur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti nəzdində xüsusi komissiya yaradılıb, sənədlər araşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG