Accessibility links

Bakıya gedəcək ABŞ diplomatları Amerikanın Səsində olub [FOTOLAR]


Görüş tanışlıq xarakteri daşıyıb

Qarşıdakı aylarda ABŞ-ın Azərbaycandakı səfirliyində fəaliyyət göstərməyə hazırlaşan ABŞ Dövlət Departamentinin 10-a yaxın işçisi Amerikanın Səsinin Vaşinqtondakı baş qərargahında olub. Görüş tanışlıq xarakteri daşıyıb. Hazırda Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda Azərbaycan dili və mədəniyyətini öyrənməyə çalışan diplomatlar Amerikanın Səsinin Azərbaycan Xidmətinin əməkdaşları ilə tanış olub, söhbətlər aparıblar.

Azərbaycan Xidmətinin fəaliyyəti ilə maraqlanan Dövlət Departamentinin əməkdaşları daha sonra Amerikanın Səsinin muzeyi ilə tanış olaraq, yayım stansiyasının tarixi barədə məlumatlandırılıblar.

Bir saatdan artıq davam edən görüşün sonunda diplomatlara Amerikanın Səsinin suvenirləri təqdim olunub və xatirə şəkli çəkilib.

Görüşdən fotoları təqdim edirik.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG