Accessibility links

Florida ştatının sahillərində 10-a yaxın balina tələf olub


ABŞ-ın Florida ştatının sahillərində 10-a yaxın balina tələf olub. Dünən onların 3-ü avtanaziya yolu ilə öldürülüb, digərləri isə özləri məhv olub.

Dayaz sulara çıxan balinaları geri qaytarmaq cəhdi baş tutmayıb.

Bu dəniz heyvanları adətən böyük qrup şəklində üzür və erkək liderlərinin ardınca gedir. Buna görə də onların qrup şəklində dayaz sularda ilişib qalması nadir hal deyil.
XS
SM
MD
LG