Accessibility links

Qeyri-qanuni balıqçılıqla mübarizə [Video]


Qeyri-qanuni balıqçılıqla mübarizə
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Qanunsuz balıqçılıq qlobal marketlərdə satılan balıqların 20 faizini təşkil edir. Bu, ildə 23.5 milyon dollar deməkdir. Brokonyerlik balıqların sayını azaltmaqla yanaşı, ərzaq təhlükəsliyi yaradır, ətraf mühitə ziyan verir.

Tony Long qeyri-qanuni balıq ovunun yasaqlanması məqsədi daşıyan layihəyə rəhbərlik edir. Britaniyanın Satellite Applications Catapult şirkəti ilə tərəfdaşlıq edən bu layihə dənizlərdə qanunsuz balıqçılıq barədə məlumat bazası yaradır.

“Gözləntilərdən fərqli görünür. Çünki burada məlumat yalnız avtomatik məlumat toplayan gəmilərdən alınır.”

Bu növ 120 min gəmi fəaliyyətdədir. Qanunsuz fəaliyyət göstərənlər cihazı söndürür. Lakin Göz layihəsi adlanan bu proqramla satillit vasitəsi ilə şəkillər çəkilir. Bu yolla qanunsuz balıqçılığı izləməyi asanlaşdırılır, hər bir qayıq barədə ayrıca məlumat verilir.

“Mənim məqsədim qırmızı, sarı və yaşıl işıq sistemi yaratmaqdır. Bu yolla sularına daxil olan ölkələr qayıqların geri qaytarılması, yoxlanması və ya sularına icazə verməsinə dair aydın təsəvvürə malik olacaq.”

Texnologiyanın ən ilkin variantını Sakit okeanı ölkəsi Palau qəbul edib. Bu ölkə dünyada balıqçılıq sahəsində öndə gedir. Ötən il Palau hökuməti ticari balıqçılığı yasaqlayıb. Bu qanun 630 kvadrat kilometrlik sahəni əhatə edir.

Bu su ərazisi bir çox qanunsuz balıqçını maqnit kimi özünə cəlb edir. Bunu Palau prezidentinin müşaviri K.B.Sakuma deyir.

“Bu fikir cənub adalardan balıqçıların su ərazimizə daxil olmasından sonra yaranıb. Onlar resurslarımızı tükəndirməklə yanaşı, balıqları qara bazara çıxarmaqla ərzaq təhlükəsizliyinə yol açır.”

Göz layihəsinin qlobal miqyasda dəstəkləməsi gözlənilir. Pərakəndə satış şirkətləri məhsullarını davamlı və qanuni çərçivədə əldə etmək istəyir.

XS
SM
MD
LG