Accessibility links

Ban Ki Mun İraqda seçkilərə bir gün qalmış baş verən bomba hücumlarını pisləyib


BMT-nin Baş katibi Ban Ki Mun İraqın siyasi liderlərini və seçkidə namizədləri hədəf alan bomba hücumlarını pisləyib. İraqda ABŞ hərbi qüvvələrinin ölkəni 2011-ci ildə tərk etməsindən sonra ilk dəfədir parlament seçkiləri keçirilir.

Bazar ertəsi baş verən silsilə bomba hücumlar nəticəsində azı 50 nəfərin öldüyü deyilir. Yol kənarında yerləşdirilmiş bomba hücumunun hədəfi hərbi və polis konvoyu olub, eyni zamanda, seçki məntəqələrində intiharçı hücumları baş verib.

Xanaqin qəsəbəsində kürd siyasi partiyasının yığıncağında törədilmiş bomba hücumu nəticəsində 30 insan həlak olub 50-dən çox insan yaralanıb.

Hücumlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Ancaq sünni yaraqlı qruplar buundan əvvəl təhlükəsizlik qüvvələri və şiələrə qarşı zorakılıqlar törədib.

İlkin seçkilər bazar ertəsi günü başlayıb. Çərşənbə günü keçiriləcək parlament seçkilərində iştirak etmək imkanı olmayan təhlükəsizlik qüvvələri, xəstəxana və həbsxana işçiləri bazar ertəsi günü səs verib.

Təhlilçilər deyir ki, seçicilərin səslərini dini və etnik mənsubiyyətlərinə uyğun şəkildə verəcəyi və heç bir partiyanın səs çoxluğu əldə edə bilməyəcəyini gözlənilir. guman edilir.

Baş katib Ban Ki Munun açıaqldığı bəyanatda İraqın siyasi liderlərini siyasi proseslərdə bütün vətədanşların iştirakı üçün şərait yaratmağa çağırıb. O həmçinin İraqın mərkəzi seçki komissiyasını seçkiləri vaxtında keçirdiyinə görə alqışlayıb və seçkiləri İraqın demokratiya istiqamətində atdığı mühüm bir addım adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG