Accessibility links

Maliyyə naziri: Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası xarici borcları artıracaq


Samir Şərifov

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyası proqramı Azərbaycanın xarici borclarını artıracaq, amma ölkənin kredit reytinqinə təsir etməyəcək. Bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Milli Məclisdə çıxışı zamanı nazir deyib ki, restrukturizasiya proqramı qəbul ediləndən sonra 2,4 milyard dollar məbləğində orta və uzunmüddətli istiqrazlar buraxılıb.

Restrukturizasiya proqramı üzrə səsvermənin nəticələri 18 iyulda məlum olacaq.

11 may 2017-ci ildə Beynəlxalq Bank xarici borc üzrə ödənişi dayandırdığını elan edib. Bank təklif edib ki, borcların bir hissəsi Azərbaycanın istiqrazları ilə dəyişdirilsin. 3,34 mlrd dollar borcun restrukturizasiyası nəzərdə tutulur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG