Accessibility links

Banqkokda etirazçılara qarşı odlu silahdan istifadə edilib


Son toqquşmalar zamanı iki nəfər həlak olub

Banqkokun əsas maliyyə rayonunda Tailand təhlükəsizlik qüvvələri və anti-hökumət nümayişçiləri arasında növbəti toqquşma baş verib. Son günlərin insidentləri zamanı 2 nəfər həlak olub. Banqkokdakı təhlükəsizlik qüvvələri keçən aydan etiraz aksiyaları keçirən nümayişçilərə qarşı gözyaşardıcı qaz, rezin və həqiqi güllələrdən istifadə edib. Odlu silahdan açılan atəş nəticəsində bir nəfər həlak olub. Hadisə yerində olan Amerikanın Səsinin müxbiri etiraz zonasından partlayış səsi gəldiyini bildirib. Dünən başlayan toqquşmalar zamanı 2 jurnalist daxil olmaqla, 20 nəfər xəsarət alıb. Dünən Tailandda hökumət əleyhinə Qırmızı köynəklililərin tərəfində olan general təhlükəsizlik qüvvələri Banqkokda etirazçıların düşərgəsinə yaxınlaşdığı zaman başından vurularaq ağır yaralanıb. Tərəflər arasında toqquşmalar bu hadisədən sonra vüsət alıb.

XS
SM
MD
LG